...

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başa çatdı

Dünya xəbərləri Materials 24 İyun 2016 15:29 (UTC +04:00)
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin dövlət başçıları Özbəkistanda keçirilən sammitin yekunu üzrə təşkilatın 15 illiyinə dair Daşkənd bəyannaməsini qəbul ediblər.
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti başa çatdı

Bakı. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrinin dövlət başçıları Özbəkistanda keçirilən sammitin yekunu üzrə təşkilatın 15 illiyinə dair Daşkənd bəyannaməsini qəbul ediblər. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bəyannamə sammitin əsas yekun sənədi hesab edilir. Sənəddə üzv ölkələrin təşkilatın inkişafına dair birgə yanaşmaları əks etdirilir.

Dövlət başçıları, həmçinin ŞƏT-in 2025-ci ilə kimi İnkişaf strategiyasının həyata keçirilməsinə dair 2016-2020-ci illər üçün təşkilatın Fəaliyyət Planını və digər sənədləri təsdiqləyiblər.

ŞƏT sammitinin növbəti iclası 2017-ci il iyulun 7-8-də Astanada keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti