...

"Lukoil"un qaz qurğusu yanır

Dünya xəbərləri Materials 30 İyun 2016 10:45 (UTC +04:00)
Xantı-Man Muxtar Vilayətində "Lukolil-Qərbi Sibir" müəssisəsində yanğın baş verib.
"Lukoil"un qaz qurğusu yanır

Bakı. Trend:

Xantı-Man Muxtar Vilayətində "Lukolil-Qərbi Sibir" müəssisəsində yanğın baş verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, yanğının söndürülməsinə 50 texnika və 176 canlı qüvvə cəlb edilib.

Qeyd edək ki, qazın ötürülməsi qurğusunda baş verən yanğın zamanı 4 nəfər müxtəlif dərəcəli xəsarət alıb, 163 əməkdaş təxliyə edilib. Müəssisənin işi dayandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti