...

Prezident Administrasiyası: Türkiyənin əməliyyatı Suriyanın dövlətçiliyinə qarşı deyil

Dünya xəbərləri Materials 25 Avqust 2016 13:06 (UTC +04:00)
Türkiyə HHQ və SQ-nin Suriyada "Fərat qalxanı" adlı əməliyyatı ölkənin dövlətçiliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib.
Prezident Administrasiyası: Türkiyənin əməliyyatı Suriyanın dövlətçiliyinə qarşı deyil

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə HHQ və SQ-nin Suriyada "Fərat qalxanı" adlı əməliyyatı ölkənin dövlətçiliyinə və ya ərazi bütövlüyünə qarşı yönəlməyib.

Bunu Trend-ə Türkiyə Prezidenti Administrasiyasından deyiblər. 

Administrasiyadan qeyd ediblər ki, əməliyyatın məqsədi Suriya-Türkiyə sərhədini İŞİD kimi terror təşkilatlarından təmizləməkdir: "Türkiyə təhlükəsizliyi üçün addımlar atır. Terror təşkilatları tərəfindən istənilən təhdidi aradan qaldırmaq lazımdır". 

 

 

 

 

 

Məqalədə:
Xəbər lenti

Xəbər lenti