...

Edam cəzasının bərpası Türkiyə parlamentinin gündəliyində deyil

Dünya xəbərləri Materials 7 Sentyabr 2016 16:30 (UTC +04:00)
Türkiyə parlamenti ölkədə edam cəzasının bərpasına dair məsələnin baxılması üçün hər hansı müzakirə aparmayıb.
Edam cəzasının bərpası Türkiyə parlamentinin gündəliyində deyil

Bakı. Rufiz Hafizoğlu – Trend:

Türkiyə parlamenti ölkədə edam cəzasının bərpasına dair məsələnin baxılması üçün hər hansı müzakirələr aparmayıb.

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin Avropa İttifaqı işləri naziri Ömər Çelik deyib.

Onun sözlərinə görə, Türkiyə parlamenti hələ həmin məsələyə baxmağı planlaşdırmır.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhddən sonra edam cəzasının qəbul edilməsi ölkə üzrə müzakirə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti