...

Konstitusiya Məhkəməsindən "azan səsi" qərarı

Dünya xəbərləri Materials 13 Oktyabr 2016 13:43 (UTC +04:00)
Konstitusiya Məhkəməsi evinin yaxınlığındakı məscidlərdə yüksək səslə azan verilməsindən narahat olan şəxsin şikayətinə baxıb.
Konstitusiya Məhkəməsindən "azan səsi" qərarı

Bakı. Trend:

Türkiyə Konstitusiya Məhkəməsi evinin yaxınlığındakı məscidlərdə yüksək səslə azan verilməsindən narahat olan şəxsin şikayətinə baxıb.

Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, İzmirin Göztəpə rayonunda yaşayan şikayətçi evinin yaxınlığındakı məscidlərdən sübh vaxtı yüksək səslə azan verildiyi üçün yuxusunun qaçdığını, mənsub olmadığı bir dinin ibadətinə məcbur edildiyini qeyd edib.

Buna görə yerli məhkəməyə şikayət edən şəxs iddiası rədd edilincə Konstitusiya Məhkəməsinə müraciət edib.

Lakin Konstitusiya Məhkəməsi də şikayəti qəbul etməyib. Məhkəmənin qərarında əhalisinin böyük əksəriyyəti müsəlman olan Türkiyədə ibadətə çağırış vasitəsi olan azanın İslamın bütün məzhəblərində qəbul edildiyi, ayrı-seçkiliyə səbəb olmadığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti