Bakı. Trend:
Türkiyənin Mardin vilayətində partlayış baş verib.
Trend-in Anadolu agentiyinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb.
Partlayış Nusaybin-Cizre yolunda yerləşən metal anbarında olub.
Polis partlayışın səbəbini araşdırır.