Bakı. Trend:
Qazaxıstanın Şaxtinsk şəhərində çoxmərtəbəli yaşayış binası dağılıb.
Trend-in "Kazinform"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub.
Hazırda dağıntılar altından 9 nəfərin meyiti çıxarılıb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si 2016-cı il təvəllüdlü körpə, 1 isə 2010-cu il təvəllüdlü uşaq olub.
Axtarış-xilasetmə işlərində 280 nəfər iştirak edir.
Binanın dağılmasının səbəbi araşdırılır.