Bakı. Trend:
Qazaxıstanda Prezident Administrasiyasının keçmiş sədr müavini Baqlan Maylıbayev həbs olunub. Bu barədə Trend "lenta.ru" saytına istinadən məlumat verir.
Məlumatda qeyd olunur ki, B.Maylıbayevlə yanaşı Prezident Admnistrasiyasının daxili siyasət şöbəsinin keçmiş sədr müavini Nikolay Qalixin də həbs olunub.
Qeyd edək ki, Baqlan Maylıbayev yanvarın 12-i tutduğu vəzifədən azad edilmişdi.