Bakı. Trend:
Türkiyənin Adana vilayətində avtobus aşıb.
Trend-in məlumatına görə, avtobusdakılar Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək silsilə açılış mərasimlərinə gedirmiş.
Hadisə nəticəsində 3 nəfər ölüb, 20 nəfər xəsarət alıb.
Kozan rayonundan yola çıxan avtobusun sərnişinləri əsasən gənclərdən ibarət olub.
Sürünücün idarəetməni itirməsinə səbəb kimi yağışlı hava şəraiti göstərilir.
Yaralılar xəstəxanalara çatdırılıb.