Bakı. Trend:
Taylandda 7 gün davam edən Sonqkran dini bayramı müddətində baş verən yol qəzalarında 390 nəfər ölüb, 3800 nəfər yaralanıb.
Trend-in məlumatına görə, buddist ay təqviminə əsasən hazırda ölkədə yeni il qeyd edilir və bu münasibətlə bir həftəlik tətildir.
Bu il hökumətin gördüyü ciddi tədbirlər nəticəsində bayram zamanı avtomobil qəzalarının ötən illə müqayisədə 12 faiz azaldığı deyilir.