Bakı. Trend:
Meksikanın San-Xose-del-Kabo şəhərində hərbçilər və quldurlar arasında atışma baş verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, atışma nəticəsində 7 quldur və 1 hərbçi həlak olub.
Xəbərdə deyilir ki, ölən quldurların 5-i kişi, 2-si isə qadın olub. Hazırda araşdırma aparılır.