Bakı. Trend:
Qətərə daha bir zərbə "Twitter" şəbəkəsindən gəlib.
Trend-in məlumatına görə, "Twitter" Qətərin "Əl-Cəzirə" telekanalının ərəbcə olan rəsmi hesabını bağlayıb.
"Twitter"-dən bununla bağlı hələki rəsmi açıqlama gəlməyib.
Telekanalın baş direktoru Yaser Əbu Hilal isə qeyd edib ki, əsas hesab bağlansa da, əlavə səhifə işləyir: "Müdaxilə davam edəcək, çünki həqiqət onları qorxudur".
Qeyd edək ki, Səudiyyə Ərəbistanı şahzadəsi Vəlid bin Təlal "Twitter"ə qoyduğu 300 milyon dollar yatırım ilə şirkətin ən böyük ikinci hissədarıdır.