...

Poroşenko: Heç bir növbədənkənar seçki olmayacaq

Dünya xəbərləri Materials 30 İyun 2017 14:08 (UTC +04:00)
Ukraynada heç bir növbədənkənar seçki olmayacaq.
Poroşenko: Heç bir növbədənkənar seçki olmayacaq

Bakı. Trend:

Ukraynada heç bir növbədənkənar seçki olmayacaq.

Trend-in məlumatına görə, bunu ölkə prezidenti Petro Poroşenko bəyan edib.

Prezident bildirib ki, seçki mövsümü qanunvericiliyə uyğun olaraq, 2019-cu ildə başlayacaq.

Cari çağırış Ukrayna Ali Radası 2014-cü il oktyabrın 26-da keçirilən növbədənkənar seçkilər nəticəsində formalaşıb. Parlamentin səlahiyyət müddəti 2019-cu ildə başa çatır.

Növbəti prezident seçkiləri də 2019-cu ildə keçirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti