...

Hindistanda 200-dən çox adam DAŞQININ qurbanı oldu

Dünya xəbərləri Materials 31 İyul 2017 13:17 (UTC +04:00)
Hindistanın Qucarat ştatında musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 216 nəfər həlak olub.
Hindistanda 200-dən çox adam DAŞQININ qurbanı oldu

Bakı. Trend:

Hindistanın Qucarat ştatında musson yağışların səbəb olduğu daşqınlar nəticəsində 216 nəfər həlak olub.

Trend-in məlumatına görə, şiddətli yağıntılar ştat ərazisində bir həftədən çoxdur ki, davam edir.

Bu müddət ərzində 18 min adam seldən xilas olunub. 112 min nəfər düzənlik bölgələrdən təxliyə edilib.

Hazırda sel sularının azalmağa başladığı qeyd olunur. Xilasedicilər daha çox meyitin tapıla biləcəyini istisna etmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti