...

Ərdoğan Nyu-Yorkda Trampla görüşəcək

Dünya xəbərləri Materials 10 Sentyabr 2017 04:21 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub
Ərdoğan Nyu-Yorkda Trampla görüşəcək

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı hər iki lider Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası çərçivəsində bir araya gələcəklərini bildirib.

Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığa diqqəti çəkən hər iki lider, ikitərəfli münasibətlərin daha da gücləndirilməsi və regiondakı sabitliyin artırılması üçün birlikdə işləməyə davam etmənin vacibliyini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti