...

Yeni təhlükə ilə üz-üzə - "Mariya" qasırğası gəlir...

Dünya xəbərləri Materials 18 Sentyabr 2017 17:26 (UTC +04:00)
Atlantik okeanında "Mariya" qasırğasının təhlükəlilik kateqoriyası beş ballıq şkala ilə ikinci bəndə çatıb.
Yeni təhlükə ilə üz-üzə - "Mariya" qasırğası gəlir...

Bakı. Trend:

Atlantik okeanında "Mariya" qasırğasının təhlükəlilik kateqoriyası beş ballıq şkala ilə ikinci bəndə çatıb. Trend-in məlumatına görə, bu barədə xəbəri ABŞ-ın qasırğalarla bağlı xəbərdarlıq Milli Mərkəzi yayıb.

Meteoroloji xidmətin məlumatına görə, qasırğa şimal-qərb istiqamətinə saatda 19 km sürətlə irəliləyir.

Məlumata görə, qasırğanın maksimal gücü saatda 177 kilometrə çatıb.

Xəbər lenti

Xəbər lenti