Xəbər yenilənib (ilk xəbər 03:12-də yayılıb)
Bakı. Trend:
Qahirədə xüsusi təyinatlılar və terrorçular arasında baş verən qarşıdurmada ölən polislərin sayı 54-ə çatıb.
Qeyd olunur ki, onlardan 20-si zabitdir. Hadisə ilə bağlı hüquq mühafizə orqanları xüsusi əməliyyat aparır.
X X X
Misirin paytaxtı Qahirə yaxınlığında xüsusi təyinatlı qüvvələrinin terrorçular ilə qarşıdurması nəticəsində 30 xüsusi təyinatlı ölüb.
Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, hüquq mühafizə orqanları Qahirədən 135 km aralıqda yerləşən əl-Vahat rayonunda gizlənən terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə əməliyyat aparıb.
Terrorçular ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunub.