...

Britaniya nəhəng iqtisadi güclərin reytinqində gerilədi - Beşlikdən çıxdı

Dünya xəbərləri Materials 23 Noyabr 2017 16:40 (UTC +04:00)
Böyük Britaniya 2017-ci il üzrə dünyanın ən nəhəng iqtisadi güclərinin siyahısında yerini itirərək beşlikdən çıxıb.
Britaniya nəhəng iqtisadi güclərin reytinqində gerilədi - Beşlikdən çıxdı

Bakı. Trend:

Böyük Britaniya 2017-ci il üzrə dünyanın ən nəhəng iqtisadi güclərinin siyahısında yerini itirərək beşlikdən çıxıb. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Xəzinədarlıq İdarəsinin kansleri Filip Xemmond Beynəlxaql Valyuta Fondunun məlumatlarına istindən xəbər verib.

Reytinqdə Fransa Böyük Britaniyanı 2,575 trilyon dollar ÜDM göstəricisi ilə qabaqlayıb. Müvafiq olaraq Britaniyada isə ÜDM göstəricisi 2,565n trilyon olub.

F.Xemmond bildirib ki, statistika Böyük Britaniyada iqtisadi artımın kəskin zəifləməsindən xəbər verir. Onun sözlərinə görə, bu, ölkənin Avropa İttifaqından çıxma qproseduru ilə bağlıdır.

Reytinqdə birinci yerdə ABŞ (19,4 trilyon dollar), ikinci yerdə Çin (11,9 trilyon), üçüncü yerdə Yaponiya (4,9 trilyon), dördüncü yerdə isə Almaniya (3,7 trilyon) qərarlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti