...

Meksikada uşaq futbol komandalarını daşıyan avtobus qatarla toqquşub: 2 ölü, 15 yaralı

Dünya xəbərləri Materials 17 Dekabr 2017 06:31 (UTC +04:00)
Meksikanın Xalisko ştatında uşaq futbol komandalarını daşıyan avtobus qatarla toqquşub
Meksikada uşaq futbol komandalarını daşıyan avtobus qatarla toqquşub: 2 ölü, 15 yaralı

Bakı. Trend:

Meksikanın Xalisko ştatında uşaq futbol komandalarını daşıyan avtobus qatarla toqquşub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 2 nəfər həlak olub, 15 nəfər isə yaralanıb.

Məlumata əsasən, avtobusda 60 nəfər olub, onlardan 40-ı 3 uşaq futbol komandasının üzvləri olub. Ölənlər arasında uşaqların olmadığı bildirilir. Bütün xəsarət alanlar xəstəxanalara yerləşdirilib. Onlardan bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Xəbər lenti

Xəbər lenti