...

Kiprdə prezident seçkilərinin ikinci turuna start verildi

Dünya xəbərləri Materials 4 Fevral 2018 09:54 (UTC +04:00)
Kiprdə prezident seçkilərinin ikinci turuna artıq start verilib
Kiprdə prezident seçkilərinin ikinci turuna start verildi

Bakı. Trend:

Kiprdə prezident seçkilərinin ikinci turuna artıq start verilib.

Trend-in məlumatına görə, səsvermə yerli vaxtla saat 18.00 sona çatacaq.

Prezident seçkilərinin birinci turu yanvarın 28-də keçirilib. Səsvermənin nəticələrinə görə, ikinci tura 35,5% səs toplayan sağçı “DİSİ” partiyasından namizəd, ölkənin hazırki prezidenti Nikos Anastadiadis və 30,25% səs toplayan solçu “AKEL” partiyasının nümayəndəsi Stavros Malas keçib.

Seçicilərin siyahısında 551 minə yaxın 18 yaşına çatmış ölkə vətəndaşı var. Səsvermə zamanı ictimai təhlükəsizliyin təmin edilməsinə təqribən 2 min polis əməkdaşı cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti