...

Maldivdə qarşıdurma - parlament mühasirəyə alındı

Dünya xəbərləri Materials 4 Fevral 2018 17:16 (UTC +04:00)

Bakı. Trend:

Maldivin paytaxtı Maledə dəyənək və qalxanlarla silahlanmış hərbçilər parlament binasını mühasirəyə alıb.

Trend-in məlumatına görə, hərbçilərə müxalifətin parlament binasına doğru yürüşünün qarşısını almaq tapşırığı verilib.

Qeyd edək ki, ölkənin Ali Məhkəməsi bu gün keçiriləcək iclasında prezident Abdulla Yaminin hakimiyyətdən kənarlaşdırılması haqqında qərar qəbul edə bilər.

Maldivin Baş prokurorunun sözlərinə görə, hökümətə bu cür qərar qəbul edilərsə onun yerinə yetirilməməsi barədə göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti