...

Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib

İqtisadiyyat Materials 19 Fevral 2018 03:17 (UTC +04:00)
Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib
Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib

Bakı. Trend:

Səudiyyə Ərəbistanında qadınlara "qəyyumların" razılığı olmadan biznes açmağa icazə verilib.

Trend-in məlumatına görə, bu barədə krallığın Kommersiya və İnvestisiya Nazirliyi məlumat verib.

Məlumatda deyilir: "Bundan sonra qadınlar "qəyyumlarının" icazəsini sübut etmədən özlərinə biznes aça və elektron xidmətlərdən istifadə edə bilərlər".

Səudiyyə Ərəbistanında olan qəyyumluq sisteminə əsasən, qadınlar dövlət sənədləri ilə iş, səyahət və təhsil üçün öz "qəyyumlarının" yazılı icazəsini təqdim etməlidirlər. "Qəyyum" bir çox halda ər, ata və ya qardaş olur.

Xəbər lenti

Xəbər lenti