...

Maduro Trampı diaqloqa çağırıb

Dünya xəbərləri Materials 20 Fevral 2018 06:39 (UTC +04:00)
Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampı dialoqu başlamağa və bunun üçün "məkan və zamanı" seçməyə təklif edib.
Maduro Trampı diaqloqa çağırıb

Bakı. Trend:

Venesuela prezidenti Nikolas Maduro ABŞ prezidenti Donald Trampı dialoqu başlamağa və bunun üçün "məkan və zamanı" seçməyə təklif edib.

Trend-in məlumatına görə, bu barədə Venesuela başçısı "Tvitter" sosial şəbəkəsində yazıb.

"Donald Tramp bəyan edirdi ki, ABŞ-ın siyasəti digər ölkələrin daxili işlərinə müdaxilə etməməkdir. Bu sözlərə əməl edərək aqressiyadan dialoqa keçməyin vaxtı çatıb. Karakas və yaxud Vaşinqtonda - heç bir fərq yoxdur. Vaxt və yer, mən orada olacağam”, deyə N.Maduro yazıb.

Daha öncə ABŞ-ın dövlət katibi Reks Tillerson Venesuelaya qarşı neft embarqosunun tətbiqi ehtimalının nəzərdən keçirildiyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti