...

Qətərlə birinci kim barışdı?

Dünya xəbərləri Materials 21 Fevral 2018 15:00 (UTC +04:00)
Qətər və Çad arasında diplomatik münasibətlər bərpa olunub.
Qətərlə birinci kim barışdı?

Bakı. Trend:

Qətər və Çad arasında diplomatik münasibətlər bərpa olunub.

Trend-in məlumatına görə, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman əl-Tani öz “Twitter” səhifəsində yazıb.

O qeyd edib ki, hər iki ölkənin səfirləri yenidən fəaliyyətə başlayıb.

Qeyd edək ki, Çad doqquz ay əvvəl rəsmi Dohanın terrorçuluğa dəstəkdə ittiham olunması zəmnində Qətərlə münasibətləri dayandırmışdı.

Ötən ilin iyununda Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir bu ölkə ilə diplomatik münasibətləri dayandırdığını elan etmiş, bir müddət sonra Çad və Cibuti, eləcə də digər Afrika ölkələri də bu addımı atmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti