...

ABŞ koalisiyası Suriyaya aviazərbələr endirdi - azı 17 nəfər öldü

Dünya xəbərləri Materials 12 May 2018 17:17 (UTC +04:00)
ABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.
ABŞ koalisiyası Suriyaya aviazərbələr endirdi - azı 17 nəfər öldü

Bakı. Trend:

ABŞ başda olmaqla beynəlxalq koalisiyanın təyyarələri Suriyanın Əl-Hasak kəndini gün ərzində iki dəfə bombardman edib.

Trend-in məlumatına görə, iki bombardman nəticəsində azı 17 dinc sakin həlak olub.

Suriyanın dövlət televiziyası məlumat verir ki, aviazərbələr Əl-Hamadi kəndinə də endirilib.

Rusiya XİN bəyan edib ki, koalisiya aviazərbələri BMT TŞ-nin qətnamələri və rəsmi Dəməşqlə razılıq olmadan endirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti