...

Ərdoğan və Putin Yohannesburqda BRİKS sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər

Dünya xəbərləri Materials 14 İyul 2018 23:40 (UTC +04:00)
Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub
Ərdoğan və Putin Yohannesburqda BRİKS sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər

Bakı. Trend:

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında telefon danışığı olub.

Trend-in məlumatına görə, telefon danışığı zamanı prezidentlər Yohannesburqda BRİKS sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Tərəflər müxtəlif ikitərəfli layihələrin, o cümlədən "Türk axını" və "Akkuyu" AES-in reallaşdırılması gedişindən razı qaldıqlarını bildiriblər.

Bundan əlavə, iki ölkə lideri Suriyadakı vəziyyəti müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti