...

Əfqanıstanda aviazərbələr və terror hücumları 50 nəfəri öldürdü

Dünya xəbərləri Materials 7 Avqust 2018 11:22 (UTC +04:00)
Əfqanıstanın şərqindəki Loqar əyalətində ABŞ təyyarələrinin zərbələri və “Taliban” terror təşkilatının hücumları nəticəsində azı 50 nəfər həlak olub
Əfqanıstanda aviazərbələr və terror hücumları 50 nəfəri öldürdü

Bakı. Trend:

Əfqanıstanın şərqindəki Loqar əyalətində ABŞ təyyarələrinin zərbələri və “Taliban” terror təşkilatının hücumları nəticəsində azı 50 nəfər həlak olub.

Trend-in məlumatına görə, “Taliban” silahlıları gecə saatlarında bölgədə bir neçə istiqamətdən hücumlar həyata keçirib. Nəticədə çoxlu sayda dinc sakin həlak olub.

Daha 15 nəfər ABŞ Hərbi Hava Qüvvələrinin zərbələri nəticəsində həyatını itirib.

“Taliban” hücumları həyata keçirdiyini təsdiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti