...

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar

Dünya xəbərləri Materials 27 Avqust 2018 19:38 (UTC +04:00)
Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar.
Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və ABŞ diplomatları münasibətlərin yaxşılaşdırılması üzrə danışıqlar aparırlar.

Trend-in məlumatına görə, iki ölkə arasında münasibətlərin müzakirəsi üçün bu gün amerikalı diplomatlar Ankaraya gəliblər.

Bəzi yerli KİV-lər danışıqlar zamanı Türkiyənin Rusiya istehsallı S-400 zenit-raket kompleksi alması məsələsinin də müzakirə olunduğunu yazır.

Təfərrüatlar barədə məlumat verilmir.

Xatırladaq ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti