...

İlin əvvəlindən Antalyanı 11 milyondan çox turist ziyarət edib

Dünya xəbərləri Materials 30 Sentyabr 2018 15:11 (UTC +04:00)
Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.
İlin əvvəlindən Antalyanı 11 milyondan çox turist ziyarət edib

Bakı. Rauf Quliyev - Trend:

Türkiyənin Antalya vilayətinə ilin əvvəlindən gələn turistlərin sayı 11 milyonu ötüb.

Trend-in Antalyanın Mədəniyyət və Turizm İdarəsinə istinadən verdiyi məlumata əsasən, cari ilin 1-29 sentyabr müddəti ərzində Antalya və Qazipaşa hava limanları vasitəsi ilə regiona 1877,5 min turist gəlib. Ötən ilin analoji göstəricisi ilə müqayisədə turistlərin sayı 25 faiz artıb.

"Yanvarın 1-dən sentyabrın 29-dək iki aeroport vasitəsi ilə regiona 11,4 milyon turist gəlib. 10,71 milyon turist Antalya aeroportuna, 287,8 min turist isə Qazipaşa aeroportuna gəlib. Ötən illə müqaisədə turistlərin sayı 28 faiz artıb", - deyə İdarənin məlumatında bildirilir.

2017-ci illə müqaisədə, bu il göstərilən müddət ərzində Antalya 2416,1 min turist daha çox qəbul edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti