...

Seulda bina yandı - 7 ölü, 20 yaralı

Dünya xəbərləri Materials 9 Noyabr 2018 09:58 (UTC +04:00)
Seulda yataqxanada güclü yanğın baş verib.
Seulda bina yandı - 7 ölü, 20 yaralı

Bakı. Trend:

Seulda yataqxanada güclü yanğın baş verib. Trend-in məlumatına görə, yanğın nəticəsində azı 7 nəfərin öldüyü, daha 20 nəfərin isə yaralandığı bildirilir.

Yanğının yataqxananın 3-cü mərtəbəsində başladığı, daha sonra yayıldığı qeyd edilir.

Yanğının söndürülməsinə 52 yanğınsöndürən maşın və 173 nəfər cəlb edilib.

Yanan binanın 30 il öncə inşa edildiyi və avtomatik yanğınsöndürmə qurğuları il təchiz edilmədiyi deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti