...

Suriyaya sutka ərzində mindən çox qaçqın qayıdıb

Dünya xəbərləri Materials 23 Dekabr 2018 21:41 (UTC +04:00)

Bakı. Trend:

Ötən sutka ərzində Suriyaya 1037 qaçqın qayıdıb.

Trend-in məlumatına görə, Livandan "Ceydet-Yabus" və "Tel-Kalah" buraxılış məntəqəsindən 368 qaçqın (110 qadın, 188 uşaq), İordaniyadan "Nəsib" buraxılış məntəqsindən 669 qaçqın (201 qadın, 341 uşaq) öz ölkəsinə qayıdıb.

Ölkə daxilində daimi yaşayış yerlərinə gün ərzində 925 Suriya vətəndaşı qayıdıb.

Bundan əlavə, Suriyanın mühəndis bölmələri sutka ərzində 11,5 hektar ərazini minalardan təmizləyiblər. Əməliyyat zamanı 33 partlayıcı qurğu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti