Bakı. Trend:
Suriyanın Hələb şəhərində beşmərtəbəli binanın dağılması nəticəsində 11 nəfər ölüb.
Trend-in məlumatına görə, dağıntılar arasından yalnız 1 nəfəri xilas etmək mümkün olub.
Hələbin polis rəisi İsam əş-Şalli bildirib ki, bina özüldən doğru inşa edilməyib, terrorçuların hücumundan sonra isə tamamilə qəzalı vəziyyətə düşüb.
Qeyd edilir ki, Hələbdə təxminən 20 belə bina var və onların təcili köçürülməsi barədə ötən həftə məlumat verilib.