...

Misirdə nazir yanğından sonra istefa verdi

Dünya xəbərləri Materials 27 Fevral 2019 20:55 (UTC +04:00)
Qahirə vağzalında baş vermiş yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib
Misirdə nazir yanğından sonra istefa verdi

Bakı. Trend:

Misirin paytaxtı Qahirədə vağzalda baş vermiş yanğından sonra ölkənin nəqliyyat naziri Hişam Ərəfat Mehdi Əhməd istefa verib.

Trend-in məlumatına görə, baş nazir Mustafa Mədbuli onun istefasını qəbul edib.

Qeyd edək ki, səhər saatlarında vağzalda qatarların toqquşması nəticəsində partlayış və yanğın baş verib.

Hadisə nəticəsində 29 nəfər həlak olub, 50-dən çox şəxs xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti