...

Suriyada 3 Rusiya hərbçisi həlak olub

Dünya xəbərləri Materials 26 Mart 2019 03:25 (UTC +04:00)
Fevral ayının sonlarında Suriyada terrorçuların hücumu nəticəsində 3 Rusiya hərbçisi həlak olub
Suriyada 3 Rusiya hərbçisi həlak olub

Bakı. Trend:

Fevral ayının sonlarında Suriyada terrorçuların hücumu nəticəsində 3 Rusiya hərbçisi həlak olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Müdafiə Nazirliyindən bildiriblər.

Onların cəsədləri Rusiyaya gətirilib.

Məlumata əsasən, 3 hərbçinin itkin düşməsi barədə məlumat daxil olandan onların axtarışı üzrə fasiləsiz işlər görülürdü. Aerokosmik Qüvvələr və xüsusi əməliyyatlar qüvvələrinin birgə əməliyyatı nəticəsində hücumla əlaqəsi olan 30-dan artıq terrorçu məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti