...

Suriyada iki raket mərmisi partlayıb

Dünya xəbərləri Materials 22 May 2019 04:50 (UTC +04:00)
Ölkənin şimalında yerləşən Hələb şəhərində iki raket mərmisi partlayıb
Suriyada iki raket mərmisi partlayıb

Bakı. Trend:

Ölkənin şimalında yerləşən Hələb şəhərində iki raket mərmisi partlayıb.

Trend-in məlumatına görə, bunu öz "Tvitter" səhifəsində "Al Ekhbariya" telekanalı bildirib.

Məlumata əsasən, hər iki mərmi bu şəhərin istiqamətində atılıb.

Hadisə yeri təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb. Buraya bir neçə təcili tibbi avtomobillər də gəlib.

Hələbdəki hücum haqqında daha ətraflı məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti