...

Mogerini: İranla nüvə razılaşmasının alternativi yoxdur

Dünya xəbərləri Materials 16 İyul 2019 05:26 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Birgə Hərtərəfli Fəaliyyət Planının alternativi yoxdur.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini deyib.

F.Mogerini bildirib: "Razılşma effektiv idi, mən düşünürəm ki, bu gün bu razılaşmanın alternativinin olmadığını hamı qəbul edir. Ona görə də razılaşmanı tam qoruyub saxlamaq çox vacibdir".

Ali nümayəndə əlavə edib ki, Birgə Hərtərəfli Fəaliyyət Planı hazırda özünü pis hiss edir, lakin hələ sağdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti