...

Nyu-Yorkda tikintisi gedən bina uçub, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 28 Avqust 2019 04:27 (UTC +04:00)
ABŞ-ın Bronks rayonunda tikintisi gedən bina uçub
Nyu-Yorkda tikintisi gedən bina uçub, ölən və yaralananlar var

Bakı. Trend:

ABŞ-ın Bronks rayonunda tikintisi gedən bina uçub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nyu-York şəhərinin yanğından mühafizə xidmətinin "Twitter" səhifəsində deyilir.

Məlumatda bildirilir ki, binanın uçması nəticəsində 1 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır.

"NBC" telekanalının məlumatına əsasən, ölən və yaralananlar ustalar olub. Binanın uçmasının səbəbi araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti