Bakı. Trend:
Əfqanıstanın Nanqarhar əyalətində aviazərbə nəticəsində 30 nəfər həlak olub.
Trend-in məlumatına görə, daha 45 nəfər yaralanıb.
Qeyd olunur ki, insanlar Xocyani rayonunda yerfındığı toplayarkən aviazərbəyə tuş gəlib.
Zərbənin kim tərəfindən həyata keçirildiyi deyilmir.