Bakı. Trend:
Uqanda idmançısı Coşua Çepteqei 10 km məsafə yarışında dünya rekordu vurub.
Trend-in Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasına (World Athletics) istinadən verdiyi məlumata görə, İspaniyanın Valensiya şəhərində "World Athletics Silver Label"in yarışı zamanı Çepteqei 26 dəqiqə 38 saniyə nəticə göstərib. 23 yaşlı idmançı Keniyalı Leonard Komonun 26 sentyabr 2010 tarixindəki rekordu (26.44) üstələyib.
Coşua Çepteqei 10.000 metr məsafəyə qaçışda hazırkı dünya çempionudur, eyni zamanda Londonda keçirilən 2017 Dünya Kubokunun gümüş medalına və Birlik Oyunlarının iki qızıl medalına sahibdir.