...

İranda dövlət şirkətlərinin rəsmilərinə xarici səfərlər qadağan edildi

Dünya xəbərləri Materials 14 Dekabr 2019 14:27 (UTC +04:00)
İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.
İranda dövlət şirkətlərinin rəsmilərinə xarici səfərlər qadağan edildi

Bakı. Elnur Bağışov - Trend:

İranda dövlət şirkətləri rəsmilərinin qeyri-zəruri səfərləri qadağan olunub.

Trend-in məlumatına görə, bununla bağlı İranın vitse-prezidenti İshaq Cahangiri göstəriş verib.

Göstərişdə bildirilir ki, dövlət şirkətlərinin vəsaiti hesabına istənilən qeyri-zəruri, əlavə səfər və xərclər qadağan edilir.

Qeyd olunur ki, bu göstəriş xərclərin azaldılmasına nəzarət qanununun tətbiqi və qənaət məqsədilə verilib.

Bildirilir ki, göstərişə əməl etməmək dövlət əmlakını qeyri-qanuni şəkildə mənimsəmək hesab olunur və həmin şəxslər cinayətə cəlb olunacaq.

Qeyd edək ki, İranda ötən il yayda baş verən güclü devalvasiya və daha sonra noyabrda ABŞ-ın bu ölkəyə sanksiyalar tətbiq etməsi nəticəsində ağır iqtisadi durğunluq yaranıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti