...

İranda tutulan ABŞ casusu edam olunacaq

Dünya xəbərləri Materials 4 Fevral 2020 13:48 (UTC +04:00)
İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq edən Əmir Rəhimpur tezliklə edam olunacaq.
İranda tutulan ABŞ casusu edam olunacaq

Bakı. Elnur Bağışov - Trend:

İranda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi üçün casusluq edən Əmir Rəhimpur tezliklə edam olunacaq.

Trend-in məlumatına görə, bunu İranın Məhkəmə Sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransında deyib. Onun sözlərinə görə, casusla əlaqədar İranın Ali Məhkəməsi qərarı təsdiqləyib.

İsmaili əlavə edib ki, bu casus zəhməthaqqı olaraq qeyd olunan qurumdan külli miqdarda pul alıb və İranın nüvə məlumatlarının bir hissəsini ötürməyə çalışıb.

İranlı rəsmi bildirib ki, son vaxtlar İranda xeyriyyə fondu adı altında fəaliyyət göstərən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casuslarından 2 nəfər aşkarlanaraq saxlanılıb. Onlar casusluq cinayəti ilə əlaqədar 10 il, təhlükəsizlik əleyhinə cinayət ilə əlaqədar 5 il azadlıqdan məhrum ediliblər.

İsmaili qərarların qəti olmadığı üçün adları açıqlamayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti