...

Luvr muzeyi qapılarını qonaqlar üçün açdı

Dünya xəbərləri Materials 4 Mart 2020 20:42 (UTC +04:00)

Bakı. Trend:

Dünyanın ən məşhur muzeylərindən olan Parisin Luvr muzeyi koronavirus təhlükəsi ilə əlaqədar iki gün bağlı qaldıqdan sonra yenidən açılıb.

Trend-in məlumatına görə, bu barədə muzeyin “Twitter” səhifəsində yazılıb.

Qeyd edək ki, muzey bazar günü, martın 1-də bağlanmışdı.

Bazar ertəsi də ziyarətçi qəbul etməyən muzey ötən gün istirahət günü ilə əlaqədar bağlı qalmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti