...

IATA bütün ölkələri sərnişinlərə pul əvəzinə depozit vauçerləri təqdim olunmasına icazə verməyə çağırıb

Dünya xəbərləri Materials 7 Aprel 2020 15:48 (UTC +04:00)

Bakı. Trend:

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) pul vəsaitlərinin geri qaytarılması əvəzinə depozit vauçerlərini bilet alıcısı ilə aviaşirkət arasındakı münasibətlərdə qanuni forma olaraq qəbul edib. Artıq IATA BSP sistemində həmin vauçerlərlə adi biletləri kimi idarə edəcək. Assosiasiya bütün ölkələrin tənzimləyici orqanlarını aviasiya sənayesinin iflasa uğramasının qarşısını almaq məqsədilə aviaşirkətlərin depozit vauçerlərinin qanuni dövriyyəsinə icazə verməyə çağırır.

Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) baş və icraçı direktoru Aleksandr de Junyakın təşkilatın bütün agentlərinə (turizm operatorları, turizm agentləri, bilet distributorları və s.) ünvanladığı açıq məktubunda bildirilib.

IATA rəhbərinin müraciətində bildirilir:

“Dünya aviasiya sənayesi ən ciddi böhranını yaşayır. COVID-19 pandemiyası və bu səbəbdən dünya hökumətlərinin məhdudiyyətləri hava nəqliyyatının fəaliyyətinin faktiki dayanmasına gətirib çıxarmışdır. Dünya aviaparkının üçdə bir hissəsi artıq "betonda" boş dayanmaqdadır, aviabiletlərin satışından əldə olunan gəlir isə 2019-cu illə müqayisədə bu il, bizim hesablarımıza görə, 44% azalacaq. Adi vaxtda, IATA sistemlərində 1,25 milyard dollardan çox vesait emal olunur və hal-hazırda təşkilat hesablara daxil olduğundan daha çox vəsaitlərin geri ödənilməsi faktı ilə qarşılaşır".

İATA-nın verdiyi açıqlamada qeyd olunub ki, əksər aviaşirkətlər hal-hazırda təxsislərə görə əldə edilən gəlirlərdən çox sərnişinlərə nağd pulların geri qaytarılması ilə bağlı xərclərlə üzləşir:

"Təşkilat aviaşirkətlərin geri qaytarmalarla bağlı cari borcunu 35 milyard dollar həcmində qiymətləndirir. Bu şəraitdə aviaşirkətlərin ən vacib tələbi əmək haqlarını ödəmək və sabit xərcləri təmin etmək üçün qalan likvidliyini qorumaqdan ibarətdir. Bir çox sənaye iştirakçıları üçün əvvəlki iqtisadi modeli qorumaq və iflasa uğramamaq üçün qısa müddətdə kifayət qədər maliyyə vəsaiti tapmaq praktik olaraq mümkün deyildir. Buna görə də hesab edirik ki, həm aviaşirkətlər, həm də aviaşirkətlərin reyslərinə aviabiletlərin satışı ilə məşğul olan agentlər üçün yaranmış vəziyyətdən ən yaxşı çıxış yolu onların ölkələrinin tənzimləyiciləri tərəfindən pul vəsaitinin geri qaytarılması ilə bağlı tələbləri dəyişdirilərək aviabiletin geri qaytarılmasına görə pul vəsaiti ödəmək əvəzinə aviaşirkətlərə depozit vauçerlərini təqdim etməyə icazə verilsin (yəni sərnişin tərəfindən istifadə olunmamış biletə görə vəsaiti özündə saxlamaq və vəziyyət sabitləşdikdən sonra həmin vəsaitlərdən istifadə etmək imkanı təqdim edilsin - redaktorun qeydləri). IATA BSP sistemi vasitəsilə, adi aviabiletlər üçün artıq mövcud olan proses və prosedurlardan istifadə etməklə həmin vauçerləri idarə edə bilər" deyərək İATA tərəfindən qeyd olunmuşdur".

IATA-nın fikrinə görə, belə bir qərar, aviaşirkətlərin fəaliyyətlərini davam etdirmək üçün pul vəsaitlərini qoruyub saxlamaq məcburiyyətində qaldığı bir dövrdə pul vəsaitlərini vauçerlərlə əvəz edərək aviabiletlərin satışı ilə məşğul olan bütün təşkilatlara göstərilən təzyiqləri aradan qaldırmağa imkan verəcək.

IATA-nın müraciətində deyilir:

"IATA, bu yanaşmanın zəruriliyini artıq tanıyan Kanada, Kolumbiya və Niderlandın tənzimləyici orqanlarına minnətdarlığını bildirir və ümid edir ki, digər ölkələr də belə edəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti