...

Banqladeşdə ölkənin ilk prezidentinin qatili edam edildi

Dünya xəbərləri Materials 12 Aprel 2020 07:55 (UTC +04:00)
Banqladeşdə ölkənin ilk prezidentinin qatili edam edildi

Bakı. Trend:

Banqladeşin ilk prezidenti Mucibur Rəhmanın qatillərindən biri Əbdül Məcid şənbə günündən bazar gününə keçən gecə asılaraq edam edilib.

Trend-in məlumatına görə, bu barədə ölkənin "Bangladesh Sangbad Sangstha" informasiya agentliyi xəbər yayıb.

M.Rəhmanı öldürülməsi ilə nəticələnmiş hərbi çevrilişdə iştirak edən zabitlər 1998-ci ildə edam cəzasına məhkum olunub. Onlardan 5-i 2009-cu ildə edam edilib. Aprelin 8-də isə 24 illik axtarışdan sonra qatillərdən sonuncusu Məcidin həbs olunduğunu bildirilib.

Prezident Mucibur Rəhman 15 avqust 1975-ci ildə Dakkadakı iqamətgahında həyat yoldaşı, üç oğlu, digər qohumları və ailənin yaxınları ilə (təxminən 20 nəfər) birlikdə öldürülüb. M.Rəhmanın hadisə zamanı Almaniyada olan iki qızı sağ qalıb. Onlardan biri, Şeyx Hasina, daha sonra Banqladeşin baş naziri vəzifəsini icra edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti