...

Luvr muzeyi qonaqlar üçün qapılarını açdı

Dünya xəbərləri Materials 6 İyul 2020 14:13 (UTC +04:00)
Luvr muzeyi qonaqlar üçün qapılarını açdı

Bakı. Trend:

Dünyanın ən iri muzeylərindən biri, Parisin Luvr muzeyi dörd aylıq fasilədən sonra açılıb.

Trend-in məlumatına görə, muzey mart ayında koronavirus pandemiyası ilə əlaqədar bağlanmışdı.

Yeni qaydalara əsasən, muzeyin zallarının 70 faizi qonaqlara açılacaq. Muzeyə gələn şəxslər bütün sanitar normalara əməl etməlidir. Bununla yanaşı, muzeyə gəlmək üçün əvvəlcədən ziyarət vaxtını müəyyənləşdirmək lazımdır.

Muzey rəhbərliyi karantindən sonra turistlərin sayının kəskin azalacağını gözləyir. 2019-cu ildə Luvru 9,6 milyon nəfər ziyarət etmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti