Bakı. Trend:
Rusiya 2022-ci ilin sonunadək 18 ədəd “Topol” qitələrarası ballistik raketini məhv etməyi planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə “Roskosmos” agentliyinin hesabatında deyilir.
Qeyd olunur ki, bu addım Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının ehtiyatlarının yenilənməsi ilə əlaqədar atılır.
Raketlərin məhvinin 2022-ci ilin noyabırn 30-dək başa çatması planlaşdırılır. Bu prosesə ümumilikdə 2,2 milyon dollardan çox vəsait ayrılıb.
Rusiya ordusu “Topol” raket komplekslərini “Yars” kompleksləri ilə əvəz edəcək.