...

ABŞ-da binanın qismən uçması nəticəsində üç nəfər öldü

Dünya xəbərləri Materials 6 Oktyabr 2020 07:40 (UTC +04:00)
ABŞ-da binanın qismən uçması nəticəsində üç nəfər öldü

Bakı. Trend:

ABŞ-ın Hyuston şəhərində binanın qismən uçması nəticəsində üç nəfər ölüb.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində şəhər yanğın xidməti bildirib.

Bildirilib ki, üç nəfərin ölümü təsdiqlənib, vəziyyəti stabil olan bir yaralı ən yaxın xəstəxanaya çatdırılıb.

NBC telekanalının məlumatına görə, söhbət 15 mərtəbəli binada pilləkənin çökməsindən gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti