...

Ədəbiyyat üzrə Nobel mükafatı təqdim olunub

Dünya xəbərləri Materials 8 Oktyabr 2020 15:32 (UTC +04:00)

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda 2020-ci il Nobel həftəsi çərçivəsində ədəbiyyat sahəsində qalibin adı məlum olub.

Trend-in məlumatına görə, bu il mükafata amerikalı şairə Luiza Qlük layiq görülüb.

77 yaşlı şairə ədəbiyyat üzrə Nobel mükafatını alan 16-cı qadın olub.

Qeyd edək ki, oktyabrın 9-da sülh, oktyabrın 12-də isə iqtisadiyyat üzrə mükafatların qalibləri açıqlanacaq

Məqalədə:
Xəbər lenti

Xəbər lenti