...

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

Dünya xəbərləri Materials 12 Oktyabr 2020 14:11 (UTC +04:00)
İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda 2020-ci ilin Nobel həftəsi çərçivəsində sonuncu kateqoriya üzrə mükafatlar sahiblərini tapıb.

Trend-in məlumatına görə, iqtisadiyyat üzrə Nobel mükafatına amerikalılar Pol Milqrom və Robert Uilson layiq görülüb.

Onlar hərrac nəzəriyyəsində yeniliklərə və yeni hərrac formatının yaradılmasına görə mükafat alıb.

Qeyd edək ki, tibb, fizika, kimya, ədəbiyyat, sülh və iqtisadiyyat sahəsində Nobel mükafatları dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə qaliblərə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti