...

Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var

Dünya xəbərləri Materials 24 Noyabr 2020 10:27 (UTC +04:00)
Rusiyada müdafiə sənayesi zavodunda partlayış baş verib - Ölən var

Bakı. Trend:

Rusiyanın Başqırdıstan respublikasında sənaye partlayıcı maddələri istehsalı zavodunda partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 1 nəfər həlak olub, 1 nəfər isə yanıq xəsarətləri alıb.

Partlayış Sterlitamak şəhərində “Avanqard” zavodunda qeydə alınıb. Bu zavod neft-qaz sahəsi üçün partlayıcı maddələr istehsal etməklə yanaşı, Rusiya Müdafiə Nazirliyi üçün də partlayıcılar buraxır. Bundan əlavə zavodda yaylım atəşli raket sistemlərinin sursatları məhv edilir.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti